Misirdə yeni hökümət formalaşdırılıb.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, Misirin baş naziri Mustafa Medbuli yeni hökuməti formalaşdırıb.
Yeni hökümətdə 31 nazirdən 23-ü dəyişdirilib.
Qeyd edək ki, Baş nazir Medbuli hökumətinin istefasını iyunun 3-də prezident Əbdülfəttah əs-Sisiyə təqdim edib. İstefanı qəbul edən Sisi daha sonra Medbuliyə yeni hökuməti qurmaq tapşırığını verib.