6 İyul 09:57
7 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 2025-ci ilin sonuna qədər hücum əməliyyatlarını dəstəkləmək üçün kifayət qədər resurs və ehtiyata malikdir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik Xidməti (SBU) rəisinin keçmiş müavini, general-mayor Viktor Yaqun deyib.

Onun sözlərinə görə, vəziyyət olduğu kimi davam edərsə, Rusiya ordusu hücumların tempini 2025-ci ilin sonuna qədər saxlaya bilər.

“Özlərinin yaratdıqları vəziyyəti cilovlaya bilməyəcəklər. Ancaq bu, daha tez baş verə bilər. Əlbəttə, Ukrayna ordusu əks-hücuma keçsə... Başqa gəlişmələr də mümkündür, amma rusların hücumun tempini davam etdirmələri üçün son tarix 2025-ci ilin sonuna qədərdir”, - general vurğulayıb.

Yaqunun fikrincə, son tarix haqda hərbçilərdən daha çox iqtisadçılar danışırlar: “Söhbət Rusiyanın resurslarından gedir. Hücum əməliyyatları aparmaq üçün resurs və vasitələr lazımdır. Buna görə də 2025-ci ilin sonuna qədər olan müddətdən daha çox hərbi ekspertlər yox, iqtisadçılar danışılar”.


Müəllif: Mənsur Rəğbətoğlu