6 İyul 15:59
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya lideri Vladimir Putinin müharibənin bitməsi ilə bağlı bəyanatları və tələbləri göstərir ki, Ukrayna dövlətinin tam təslim olmasından başqa heç nə ilə razılaşmaq istəmir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı analitiklərə görə, Putin iyulun 5-də Macarıstan Baş naziri Viktor Orbanla görüşdə dialoq və atəşkəsə qarşı olduğunu göstərib. Ekspertlərin fikrincə, Rusiya lideri üçün müharibənin yekun nəticəsi Kiyevin onun tələbləri ilə razılaşması olmalıdır.

Putin söyləyib ki, Rusiya ilə Ukrayna arasında razılaşma müvəqqəti atəşkəsə gətirib çıxarmamalıdır, çünki bu, Ukraynanın yenidən qruplaşması və silahlanmasına imkan verəcək: “Rusiya münaqişənin tam və qəti şəkildə dayandırılmasının tərəfdarıdır”.

ABŞ institutu hesab edir ki, Putin müharibənin dayandırılması üçün Ukraynanın tam təslim olmasını istəyir. Rusiya lideri uzun müddətdir Ukraynanın demilitarizasiyasını və müqaviməti dayandırmasını tələb edir.

Məqalədə vurğulanır ki, Putin Ukraynanın mümkün kapitulyasiyasından digər məqsədinə çatmaq – Zelenski hökumətini istədiyi qüvvə ilə dəyişmək üçün istifadə edəcək.

“Putinin uzun sürən müharibədə qalib gələcəyinə inamı Ukraynanın nəticə verəcək əks-hücum keçirə bilməyəcəyi ilə bağlı qiymətləndirməsinə əsaslanır”, - amerikalı analitiklər söyləyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər