Kanadada Katolik kilsəsi Nyufaundlenddə kilsə tərəfindən törədilən cinsi və fiziki zorakılıq qurbanlarına təzminat ödəyəcək.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə məhkəmə qərar qəbul edib.
Qərara əsasən, katolik kilsəsi himayəsində olan uşaq evləri və məktəblərdə cinsi və fiziki zorakılığa məruz qalan 200-dən çox şəxsə təzminat ödəniləcək. Buna görə kilsə 1940-cı illərdən bəri davam edən davaların qurbanlarına təxminən 76 milyon dollar təzminat ödəyəcək.
Məlumatda qeyd edilib ki, kilsə internat məktəblərində saxlanılan 150 mindən çox yerli uşağın əksəriyyəti keşişlər, rahibələr və digər müəllimlər tərəfindən fiziki, cinsi və psixoloji zorakılığa məruz qalıb. Bu tip kilsə internat məktəbləri 1998-ci ildən bağlanılıb.