Argentina prezidenti Xavyer Miley Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının kürsüsündə çıxışı zamanı teleserialdan danışıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, prezident çıxışı zamanı Amerikanın “The West Wing” serialındakı personajlardan birinin sözlərindən istifadə edib.
Miley çıxışında ümumbəşəri söz azadlığına, eləcə də tiranlığın olmadığı dünyaya inandığını bəyan edib:
"Məncə, buna yalnız diplomatik, iqtisadi və maddi vasitələrlə nail olmaq olar" - o deyib.
Qeyd edək ki, “The West Wing” serialının dördüncü mövsümünün 15-ci seriyasında ABŞ prezidenti Martin Şin öz köməkçilərinə eyni nitqlə müraciət edib.