4 Oktyabr 22:56
277
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Waze” şirkətinin həmtəsisçisi Uri Levine PAŞA Holding tərəfindən təşkil edilən “INMerge” İnnovasiya Sammit tədbirində iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, Uri Levine qlobal naviqasiyanı necə dəyişdirdiyini, eləcə də milyardlarla dəyəri olan şirkətləri necə təsis etdiyini haqqında təcrübəsini bölüşəcək.

Bundan əlavə, təbdirdə “Youtube" şirkətinin həmtəsisçisi Steve Chen, “Genai Works” şirkətinin yaradıcısı Steve Nouri, “Nvidia” şirkətinin biznes inkişafı üzrə rəhbəri Anton Dzhorayev, “Nestle” şirkətinin innovasiya üzrə rəhbəri Gaelle Bou Abdo, “Vodafone” şirkətinin region üzrə rəhbəri Johannes Hummes, “Amazon” şirtkətinin vitse-prezidenti Werner Vogels, “Avito” şirkətinin keçmiş baş marketing direktoru Maxim Kan və Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi spikerlar da iştirak edəcəklər.

Qeyd edək ki, "INMerge” İnnovasiya Sammiti 10 və 11 oktyabr 2024-cü il tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər