Polşa bu il şərq və şimal sərhədlərində istehkamların tikintisinə başlayacaq.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Polşanın milli müdafiə nazirinin müavini Çezari Tomçik deyib.
İstehkamlar “Şərq qalxanı” adlanacaq. Layihənin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Bu layihəyə təxminən 10 milyard zloti (təxminən 2,6 milyard dollar) ayrılacaq.