NATO Taliban nümayəndələrinin hakimiyyətə buraxılmayacağı şərti ilə Əfqanıstanı tərk edəcəyi ilə bağlı verdiyi vədi yerinə yetirə bilmədi.
Teleqraf.com xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib.
"Bizim Əfqanıstanı tərk etməyimiz müəyyən şərtlərə bağlı idi. Biz yalnız əfqanların öz ölkələrini müdafiə edə biləcəyinə və Talibanın geri dönməyəcəyinə əmin olduğumuz zaman ayrılmalı idik. Biz əfqanları aldatdıq”- Stoltenberq deyib.