ABŞ-də seçkilər öncəsi keçirilən debatdan sonra hazırki prezident Co Bayden ilk dəfə televiziyaya müsahibə verib.
Teleqraf.com xəbər verir ki, prezident yerli "ABC News" telekanalına müsahibəsində rəqibi Trampla keçirdiyi debatdan danışıb.
Co Bayden debat gecəsi çox xəstə olduğunu və özünü pis hiss etdiyini deyib:
"Tramp mikrafonu bağlı olsa belə qışqırdı. Bu, diqqətimi yayındırdı. Tək problem bu deyildi, amma çox nəzarət edə bilmədim"