7 İyul 23:40
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisin mağaza sahibləri və polisi Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələri elan edildikdən sonra baş verə biləcək iğtişaşlara hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Parisin əsas küçələrində yerləşən dəbdəbəli mağazaların şüşələrinə kütləvi polad qalxanlar quraşdırılıb, bir sıra restoran və ofislərin pəncərələri isə taxta lövhələrlə örtülüb.

Agentliyin mənbələrinin bildirdiyinə görə, “bu ehtiyat tədbirləri yalnız seçkilərin ikinci turunun nəticələrinə yekun vurulduqdan sonra baş verə biləcək qırğınlar fonunda həyata keçirilir”.

Məlumata görə, hüquq-mühafizə orqanları da mümkün iğtişaşlara hazırlaşır. Gücləndirilmiş polis və jandarm bölmələri Parisin əsas nöqtələrinə yerləşdirilir və Champs-Elysees boyunca avtomobillərin hərəkəti də məhdudlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər