8 İyul 01:11
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Ukraynaya 90 yüksək dəqiqlikli "Brimstone" raketi, 10 AS-90 özüyeriyən artilleriya qurğusu və 250 min döyüş sursatı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Odessaya səfəri zamanı bildirib.

Ukraynaya növbəti hərbi yardım paketinə həmçinin 50 kiçik qayıq, 40 minatəmizləmə maşını, müdafiə mövqelərini gücləndirmək üçün 61 buldozer və əvvəllər tədarük edilmiş AS-90-lar üçün ehtiyat hissələri daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər