8 İyul 13:28
1 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb diplomatları yeni prezident Məsud Pezeşkiyanın dövründə İranla münasibətlərin yaxşılaşacağına şübhə edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “The Financial Times” (FT) nəşri yazır.

Diplomatların fikrincə, İranın dini lideri Əli Xameneyi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən idarə olunan sistem Pezeşkiyana ölkədə daxili və xarici siyasətdə dəyişiklik etməyə imkan verməyəcək.

“Pezeşkiyanın sözlərini böyük maraqla dinləyirik, amma söz vaxtı keçib. Bizə fəaliyyət lazımdır”, - Qərb diplomatlarından biri FT-yə deyib.

İyulun 5-də İranda prezident İbrahim Rəisinin ölümündən sonra təyin edilmiş növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Azərbaycan əsilli Məsud Pezeşkiyan 53.6 faiz səs toplayaraq qalib gəlib. Rəqibi mühafizəkar Səid Cəlili 44.3 faiz səs toplayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər