8 İyul 23:12
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keniya, Malavi, Tanzaniya və Cənubi Afrikanın bəzi bölgələrində yaşlı insanların torpaqlarını ələ keçirmək üçün öldürülməsinə haqq qazandırmaqdan ötrü cadugərlik və batil inanclardan (xurafat) istifadə edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Keniyada yaşlı torpaq sahiblərinin öldürülməsinin səbəbi onların “cadugər” olduğuna inanmaq yox, mülkiyyət sənədlərini mənimsəməklə bağlıdır.

Keniyanın insan haqları təşkilatı “Haki Yetu” tərəfindən hazırlanan hesabatına görə, ölkənin Kilifi sahillərində “cadugər” olduğu iddia edilərək, hər həftə azı bir yaşlı insan öldürülür.

Təşkilatın proqram meneceri Julius Vanyama deyir ki, belə qətllər daha çox ailə daxilində törədilir, öldürmə aktına haqq qazandırmaq üçün səbəb kimi “cadugər ovu” göstərilir, amma əsl səbəb torpaqdır.

Vanyamanın sözlərinə görə, öldürülən hər 10 nəfərdən 7-si torpaq və miras sahibi olan yaşlı kişilərdir.

Qorxunc hal geniş yayıldığına görə, bölgədə yaşlı insanlar üçün bərpa mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə hücuma məruz qalan və evlərinə qayıda bilməyən 30-a yaxın qoca yaşayır.

2023-cü ilin aprelində yataq otağında hücuma məruz qaldıqdan sonra mərkəzə köçmək məcburiyyətində qalan 63 yaşlı Katana Çara söyləyir: “Mənim cadugərliklə heç bir əlaqəm yoxdur. Böyük torpaq sahəm var, dəniz kənarındadır”.

Eynilə, cadugərlikdə ittiham olunan 74 yaşlı Tambala Jefva evində iki dəfə hücuma məruz qaldığını, birincisində bir gözünü itirdiyini, ikincisində isə az qala öləcəyini deyir.

Təxminən 20 nəfəri öldürdüyünü iddia edən bir qatil BBC-yə bildirib ki, hər qətlə görə təxminən 400 dollar alıb.

“Əgər kimsə bir qocanı öldürürsə, bilin ki, ailəsi bunun əvəzini ödəyib”, - adı açıqlanmayan qatil kanala deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər