10 İyul 22:58
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda ölkənin Avropaya inteqrasiyası və NATO-ya üzvlüyünə qarşı çıxan yeni “Neytral Gürcüstan” ictimai-siyasi hərəkatı yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə hərəkatın təsisçisi və lideri Vato Şakaraşvili məlumat verib.

“Bu gün Gürcüstanda avrointeqrasiya din elan edilib, bu, gürcü xalqına qarşı cinayətdir. Səlahiyyətlilər günahın bu hissəsini bölüşürlər. NATO məsələsi hələ din statusunda olmasa da, hakimiyyətin günahı NATO-ya inteqrasiyanı konstitusiya məsələsinə çevirməsidir”, - hərəkat lideri bildirib.

Şakaraşvili NATO-ya inteqrasiyanın konstitusiya məsələsinə çevrilməsinin qəbuledilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, bir ildən sonra ictimai hərəkatdan 2028-ci il parlament seçkilərində iştirak edəcək siyasi partiya yaratmağı planlaşdırırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər