Kreml ABŞ-nin hazırkı administrasiyasının Donald Trampa sui-qəsd cəhdini təşkil etdiyinə inanmır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz qətiyyən düşünmürük və inanmırıq ki, prezidentliyə namizəd Trampı sıradan çıxarmaq cəhdi hazırkı hökumət tərəfindən təşkil edilib, lakin buna bu administrasiyanın siyasi mübarizə zamanı yaratdığı ab-hava səbəb olub", - Peskov deyib.
Kremlin sözçüsü qeyd edib ki, ABŞ-nin siyasi sistemi tarixdə dəfələrlə zorakılıq nümunəsi təqdim edib.
Trampa sui-qəsd cəhdini şərh edən Peskov vurğulayıb ki, Rusiya siyasi mübarizə zamanı istənilən zorakılıq təzahürlərini pisləyir.