14 İyul 22:02
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kəşfiyyat Nazirliyi bildirib ki, ölkə prezidenti İbrahim Rəisinin ölümündən sonra terrorçularla 79 dəfə silahlı toqquşma faktı baş verib.

Teleqraf.com xəbər verir ki, zərərsizləşdirilən terrorçu qruplardan 560 ədəd müxtəlif növ silah, 41.895 ədəd patron, 9 ədəd hazır bomba və çoxlu sayda partlayıcı götürülüb.

Terrorçuların fəaliyyəti üçün prioritet coğrafi ərazilər əsasən Tehran, Əlborz, Qəzvin, Rezavi Xorasan, Fars, Sistan və Bəlucistan, Hörmüzqan və Buşəhr əyalətləri olub.

“Bir sıra terrorçular ölkəyə girməzdən əvvəl və şərq sərhədində hazırlanmış pusqularda yaxalanıb və ya atışma zamanı öldürülüb. İraq Kürdüstanında yerləşən separatçı qruplar da vəziyyətdən öz məqsədləri üçün kobud şəkildə istifadə ediblər. Onlar ölkənin şimal-qərb sərhədindən terror əməliyyatı üçün ağır hərbi yüklərin göndəriblər” - deyə, IRNA xəbər verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər