İsrailin Qəzzaya hücumları nəticəsində daha bir jurnalist həyatını itirib.
Teleqraf.com xəbər verir ki, hökumətin Qəzzadakı media ofisi bununla bağlı məlumat yayıb.
Bildirilib ki, Səvt əl-Əqsa radiosunun proqram rəhbəri, jurnalist Məhəmməd Abdullah Mişmiş şəhid olub.
Açıqlamada Qəzzaya hücumların başladığı gündən həyatını itirən jurnalistlərin sayının 160-a çatdığı bildirilib. Lakin Məhəmməd Abdullah Mişmişin hansı hücumda öldüyü ilə bağlı məlumat verilməyib.