17 İyul 23:00
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İordan çayının qərb sahilində mülki fələstinlilərə qarşı zorakılıqda iştirak edən İsrail Müdafiə Qüvvələrinin çavuşuna qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddən məlum olduğu kimi, çavuş Elor Azariyaya qarşı “insan hüquqlarının kobud şəkildə pozulması, o cümlədən adam öldürmə” maddəsi ilə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.


Müəllif: Teleqraf.com