18 İyul 16:31
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ prezidentliyinə namizəd Donald Tramp və onun seçdiyi gələcək vitse-prezident Ceyms Devid Vens seçkilərdə qalib gəldikdən sonra milli Amerika valyutasını zəiflətmək niyyətindədirlər".

Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazıb.

Vensin sözlərinə görə, dolların Vaşinqton üçün “müqəddəs inək” statusuna malik olmasına baxmayaraq, indiki maliyyə sisteminin üstünlüklərindən daha çox mənfi cəhətləri var.

NYT yazır ki, Trampın dolları necə zəiflətmək istədiyi hələ aydın deyil. Güman edilir ki, Birləşmiş Ştatlar daha çox dollar buraxmağa başlaya, onlardan xarici valyuta almaq üçün istifadə edə və ya ABŞ-dən gələn tariflər təhlükəsi altında digər ölkələri öz valyutalarını gücləndirməyə inandıra bilər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər