Prezident Emmanuel Makronun blokunun nümayəndəsi Yael Braun-Pivet yenidən Fransa parlamentinin sədri seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat parlamentin saytında paylaşılıb.
Səsvermənin üçüncü turunda 53 yaşlı Braun-Pivet 220 deputatın dəstəyini qazanıb. İkinci yeri 207 səslə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyasının 74 yaşlı namizədi, kommunist Andre Şasyan tutub. Üçüncü yerdə isə 141 səslə sağçı Milli Ralli partiyasından olan keçmiş vitse-spiker Sebastyen Çenu qərarlaşıb.
Braun-Pivet parlament buraxıldıqdan sonra namizədliyini irəli sürüb. O, 28 iyun 2022-ci ildən spiker vəzifəsini icra edib.