ABŞ-də yaşayan Fələstin əsilli model Bella Hadid "Adidas"ın ayaqqabı reklamının əsas siması olması İsrail lobbisinin narazılığına səbəb olub.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, söhbət 1972-ci ildə Münhen Olimpiadasında "Adidas"ın istehsal etdiyi "SL72" ayaqqabılarının təkrar satışa çıxarılmasından gedir. Bella Hadidin bu ayaqqabıları reklam etməsi yəhudilərdə narazılıq doğurub. Çünki 1972-ci il olimpia oyunlarında "Adidas"ın ayaqqabılarını geyinən isriailli futbolçular fələstinli silahlılar tərəfindən girov götürülərək qətlə yetirilmişdilər.
İsrail lobbisi hesab edir ki, fələstinli model İsrailə qanlı faciəni xatırladan geyimin reklamlarına çəkilə bilməz. "Adidas" firması artıq modeli reklamdan uzaqlaşdırıb.
"Adidas" reklamın yaratdığı narahatlığa görə üzr istəyib.
“Biz faciəli tarixi hadisələrlə əlaqələrin qurulmasının fərqindəyik. Baxmayaraq ki, bunu qəsdən etməmişik yaranmış narahatlığa görə üzr istəyirik” – deyə şirkətin açıqlamasında qeyd olunub.