23 İyul 01:19
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp seçkilərdə dəstək qarşılığında kiçik Robert Kennediyə administrasiyasında yüksək vəzifə təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.

Mənbələrin sözlərinə görə, müstəqil namizəd kimi dövlət başçısı postuna iddialı olan kiçik Kennediyə Trampın qalib gələcəyi təqdirdə gələcək administrasiyada sağlamlıq və tibb məsələləri ilə bağlı yüksək vəzifə tutması təklif olunub.

Qeyd olunub ki, bununla bağlı söhbətlər iyulun 13-də keçirilən mitinqdə Trampa sui-qəsddən bir neçə saat sonra başlayıb.

Kiçik Kennedi nəşrə Trampla danışdığını təsdiqləsə də, bu söhbətin məzmununa toxunmayıb. Siyasətçi seçki kampaniyasını davam etdirmək niyyətində olduğunu vurğulayıb:

“Mənimlə əlaqə saxladığı üçün prezident Trampa böyük hörmətim var. 18 ay ərzində Demokratik Milli Komitədən nə yüksək, nə də aşağı vəzifəli heç kim mənimlə əlaqə saxlamayıb. Bunun əvəzinə kampaniyamı pozmaq üçün milyonlar topladılar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər