ABŞ prezidenti Co Bayden seçki yarışından çəkildiyini elan etdikdən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, o, Delaverdən Vaşinqtona uçmaq üçün hava limanına gələrkən kameralara tuş gəlib .
Bu, həm də dövlət başçısının koronavirusa yoluxmasından sonra ilk çıxışıdır.
O, seçkidən geri çəkilmək və vitse-prezident Kamala Harrisin şansları ilə bağlı suallara cavab verməyib