ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığında Rusiya ilə münaqişəyə son qoymağın vacibliyini bildirib.
Teleqraf.com xəbər verir ki, Tramp bu barədə Fox News-a müsahibəsində deyib:
"Ukrayna Prezidenti Vladimir Zelenski mənə zəng etdi. Yaxşı söhbət etdik. Ona dedim ki, biz bu münaqişəyə son qoymalıyıq. Rusiya Ukraynanın etiraz elədiyi müharibə maşınıdır. Bildiyimə görə, onlar milyonlarla mina qoyublar və minlərlə tankları var. Mən sözsüz ki, ruslardan danışıram".
Donald Tramp bildirib ki, Ukraynadakı müharibənin qarşısını almaq olardı: "Amma ABŞ-nin hazırkı prezidenti Co Bayden bunu bacarmadı".