ABŞ, Yaponiya və Cənubi Koreyanın Müdafiə Nazirliyinin rəhbərləri Koreya yarımadasında və Hind-Sakit okean regionunda “sülh və sabitlik” naminə təhlükəsizlik sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi bəyanat yayıb.
“Bu gün üç müdafiə lideri təhlükəsizlik sahəsində "Üçtərəfli çərçivə üzrə əməkdaşlıq" memorandumu imzalayıblar”, - deyə məlumatda bildirilir.
Hər iki tərəf Koreya yarımadasında, Hind-Sakit okean regionunda və onun hüdudlarından kənarda sülh və sabitliyi təşviq etmək üçün yüksək səviyyəli siyasət məsləhətləşmələri, məlumat mübadiləsi və üçtərəfli təlimlər də daxil olmaqla müdafiə qurumları arasında üçtərəfli təhlükəsizlik əməkdaşlığının zəruriliyini vurğuladılar.