ABŞ Rusiya ilə məhbus mübadiləsi istiqamətində fəal işləməyə davam edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinq zamanı bildirib .
O bildirib ki, Amerika prezidenti Co Bayden bu məsələni şəxsi nəzarətinə götürüb.
Qeyd edək ki, iyunun sonunda Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la məhbus mübadiləsində mühüm mərhələnin başladığını elan edib .