2001-ci il 11 sentyabr terror aktlarının təşkilində ittiham olunan üç müttəhim təqsirli olduqlarını etiraf etməyə razılaşıblar.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onların ölüm cəzasından yayınmaq və cəzalarını ömürlük həbslə əvəzləmək istəməsidir.
Prokurorluq Quantanamoda 27 ay davam edən danışıqlar zamanı Xalid Şeyx Məhəmməd, Vəlid bin Attaş və Mustafa əl-Həvsəvi ilə razılaşma əldə edib.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə 2001-ci il sentyabrın 11-də törədilən terror aktları ilə bağlı sənədlərin məxfiliyini ləğv edəcəyini bildirib.
Həmin gün “Əl-Qaidə” qruplaşmasının 19 terrorçusu ABŞ-da 4 sərnişin təyyarəsini qaçırıb. Onlardan ikisi Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, daha ikisi isə Vaşinqtona yönəldilib . Dördüncü təyyarə hədəfinə çata bilməyib və Pensilvaniya ştatının Şenksvill şəhəri yaxınlığında qəzaya uğrayıb.