1 Avqust 11:58
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələri İsrailə qarşı sanksiyalar tətbiq etməlidir, belə bir addım Fələstin-İsrail münaqişəsinin həllinə kömək edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“İsrail bunun bədəlini ödəməyənə qədər atəşkəs istiqamətində addım atmayacaq. İsraili buna məcbur edə bilən ABŞ və Qərbdir. Sanksiyalar, məhdudiyyətlər, bəyanatlar olmalıdır. Qərb dövlətlərinin İsrailə qarşı sanksiya təzyiqi olmadığı şəraitdə yəhudi dövləti bacardığı qədər irəliləyir. Fələstin-İsrail münaqişəsinin indiki inkişaf mərhələsində vəziyyətin həllinə kömək edə biləcək heç nə yoxdur", - nazir bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər