3 Avqust 13:21
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsraili İranın mümkün hücumlarından qorumaq üçün Yaxın Şərqə təyyarədaşıyan zərbə qrupu, qırıcı eskadrilyası və əlavə döyüş gəmiləri göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Biz ali rəhbərin (İranın) HƏMAS liderinin Tehranda öldürülməsinə görə qisas almaq niyyətində olduğunu və İsrailə növbəti hücuma keçmək istədiklərini yüksək səslə və açıq dediyini eşitdik. Biz belə bir hücumun potensial qurbanı ola biləcəyimizi güman edə bilmərik, ona görə də regionda müvafiq resurslara və imkanlara sahibləndiyimizə əmin olmalıyıq”, - Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bildirib.

ABŞ müdafiə naziri Lloyd Ostin "Abraham Linkoln" esmines zərbə qrupuna Oman körfəzində fəaliyyət göstərən "Teodor Ruzvelt" esmines zərbə qrupunu əvəzləməsi barədə əmr verib.

Yaxın Şərq və Aralıq dənizinə ballistik raketlərə qarşı esmines və kreyserlər də göndəriləcək. Pentaqonun bəyanatında hansı döyüş gəmilərinin göndərildiyi barədə məlumat verilməsə də, Aralıq dənizinin şərqində ABŞ-nin iki esminesi aprel ayında İranın İsrailə qarşı endirdiyi zərbələrin qarşısını almaqda iştirak etmişdi.

Ostin həmçinin bölgəyə qırıcı eskadronun göndərilməsi əmrini verib.

CNN qeyd edir ki, ABŞ-nin artıq bölgədə 24-cü Dəniz Ekspedisiya Bölməsinin bir hissəsi kimi fəaliyyət göstərən və əmr verildiyi təqdirdə Livandakı Amerika vətəndaşlarını təxliyə edə bilən "Vosp" amfibiya hücum gəmisi var.

İyulun 31-də İsmayıl Haniyə İranın paytaxtında öldürülüb. Bu, İsrailin Beyrutda “Hizbullah” terror təşkilatının komandirlərindən birini öldürdüyünü elan etməsindən cəmi bir neçə saat sonra baş verib.

Haniyənin öldürülməsindən sonra İranın dini lideri Əli Xameneyi İsrailə birbaşa zərbə endirilməsi əmrini verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər