Ukraynanın səfiri Yuri Pivovarov terrorçulara dəstək verdiyinə görə Seneqal Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Seneqal diplomatik departamenti məlumat yayıb.
Seneqalın Afrika İnteqrasiyası və Xarici İşlər Nazirliyi Ukrayna səfirinə feysbuk sosial şəbəkəsində paylaşılan videonun 25 və 27 iyulda Malinin şimalında terror aktına dəstək ifadə etdiyi bildirilib.
Departament qeyd edib ki, Seneqal bütün təzahürlərində terrorizmə qəti şəkildə qarşıdır.