Ukrayna Silahlı Qüvvələri (AFU) ağır itkilər səbəbindən ağır vəziyyətdədir.
Teleqraf.com xəbər verir ki, bunu "Judging Freedom" yutub kanalında Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin itkiləri hələ də gündə iki minə qədər əsgər təşkil edir.
Keçmiş Pentaqonun müşaviri həmçinin qeyd edib ki, Ukrayna ordusunda yaralıların təxliyəsi üçün inkişaf etmiş sistem yoxdur və xəstəxanalar həddindən artıq yüklənir.