Rusiya Moldova səfirliyinin işçisini “persona non qrata” elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.
Rusiya bu addımı rəsmi Kişinyovun hərəkətlərinə cavab olaraq atıb.
Rusiya həmçinin Moldova səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Ona rəsmi Kişinyovun “Rusiyaya qarşı davam edən qeyri-dost addımları” ilə bağlı sərt etiraz bildirilib.