Pakistanın Banqladeşdəki etiraz aksiyalarında iştirak edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “India Today” qəzeti xəbər yayıb .
Nəşrin yazdığına görə, Pakistan ordusu hazırkı hökuməti devirmək və Pakistan yönümlü kursa sadiq qalan müxalif BNP partiyasını dirçəltmək niyyətində olub. Həmçinin qəzetin həmsöhbətləri vurğulayırlar ki, Çinin də Banqladeşdə öz maraqları var idi .
Qeyd edək ki, avqustun 5-də Banqladeşdə tələbələrin etirazı paytaxtda iğtişaşlara çevrildi . Ölkənin baş naziri Şeyx Hasina istefa verdikdən sonra Hindistana qaçıb və oradan Böyük Britaniyadan siyasi sığınacaq istəyib .