Ukrayna ordusunun Kursk vilayətinə uğurlu hücumu İkinci Dünya Müharibəsindən sonra başqa bir ölkənin qoşunlarının Rusiyaya ilk hücumu olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” yazır.
Agentliyin iddiasına görə, Ukraynanın hücumu Rusiya hərbçilərini təəccübləndirib və Prezident Vladimir Putinin mövqelərini zəiflətdi.
“Bu durum Rusiyanın sərhəd müdafiəsinin zəifliyini üzə çıxarıb və ukraynalıların döyüş ruhunu yüksəldib. Bu, həmçinin müharibə Rusiyaya sıçradığından Kremlin Putin barəsində diqqətlə qurduğu “sadə rusların müdafiəçisi” imicinə xələl gətirdi.
Baş verənlər amerikalı və avropalı müttəfiqlərin Kremldən gələn eskalasiya təhlükələrindən qorxmamaları və Ukraynaya Putinlə müharibənin başa çatmasını sürətləndirmək üçün istənilən şəkildə mübarizə aparmağa icazə verilməli olduğu barədə Kiyevin arqumentlərini gücləndirəcək”, - məqalədə deyilir.
Avqustun 6-da Kurska hücuma keçən Ukrayna ordusunun bir neçə kənd və Suca şəhərini işğal etdiyi bildirilir.