10 Avqust 09:37
3 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kursk vilayətinin bütün ərazisində raket təhlükəsi elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə regionun qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Teleqram kanalında yazıb.

O bildirib ki, həyəcan siqnalı günün əvvəlindən ikinci dəfədir işə salınır: “Kursk bölgəsi: Raket təhlükəsi var, evdəsinizsə, möhkəm divarları olan pəncərələri olmayan otaqlara sığınmalısınız. Dəhlizə, vanna otağına, küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin”.

Belqorod vilayətinin qubernatoru Vladimir Qladkov da Teleqram kanalında anoloji xəbərdarlıqla çıxış edib.


Müəllif: Mahir

Oxşar xəbərlər