ABŞ Gürcüstanda çevriliş etmək üçün Ukraynadan yüzlərlə silahlı cəlb edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” agentliyi “Qruzinform”un baş redaktoru Arno Xıdırbeqişviliyə istinadən yazır.
Onun sözlərinə görə, Gürcüstanda seçkilər oktyabrın 26-da keçiriləcək, rəngli inqilab isə 27-nə planlaşdırılır: "Gürcüstanda 2003-cü il ssenarisi üzrə potensial dövlət çevrilişi gözlənilir.
ABŞ çevriliş üçün iki qrupdan istifadəni nəzərdə tutur. Birincisi, eks-prezident Mixail Saakaşvilinin dəvəti ilə Ukraynaya gedən Gürcüstanın keçmiş təhlükəsizlik işçiləri və silahlılardır. İkinci qrup isə turist adı altında Gürcüstana gələn xarici siyasi strateqlərdir".