11 Avqust 02:15
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hərbçiləri Suriya kürdlərinin özünümüdafiə qüvvələrinə dəstək verməklə ölkənin şimal və şimal-şərqində yaşayan sakinlərin hüquqlarının pozulmasına son qoymalıdır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, rəsmi Dəməşq ABŞ-ni işğal etdiyi ölkənin ərazisini tərk etməyə çağırıb.

“Suriya ABŞ-dən dərhal bu hərəkətləri dayandırmağı və Suriya ərazisini tərk etməyi tələb edir. Həmçinin bu cür separatçı birləşmələrin gücünə qarşı olan suriyalıların iradəsinə hörmətlə yanaşın” - məlumatda qeyd edilib.

Departament həmçinin xatırladıb ki, kürd milisləri ABŞ təyyarələrinin pərdəsi altında Suriyanın şimalında və şimal-şərqində bir neçə yaşayış məntəqəsinə hücum ediblər. Atışma nəticəsində qadın və uşaqlar da daxil olmaqla dinc sakinlər həlak olub.


Müəllif: Arzu

Oxşar xəbərlər