11 Avqust 08:42
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Belarusa qarşı təxribatlarını davam etdirərsə, iki ölkə arasında diplomatik münasibətlər kəsilə bilər.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Belarus tərəfi gələcəkdə regionda vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək oxşar insidentlərin qarşısını almaq üçün kompleks tədbirlərin görülməsini tələb edib", - bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi həmçinin ukraynalı diplomata xəbərdarlıq edib ki, belə təxribatlar təkrarlanarsa, Minsk Belarus ərazisini qorumaq üçün cavab addımları atmaq hüququnu özündə saxlayır.

Avqustun 9-da Ukrayna dövlətinin ərazisindən buraxılan zərbə tipli pilotsuz təyyarələr qrupu Belarus sərhədini pozub . Nəticədə pilotsuz təyyarələri vuran hava hücumundan müdafiə sistemləri işə salınıb.


Müəllif: Arzu

Oxşar xəbərlər