12 Avqust 00:39
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) soyutma sistemləri qurğusunda yanğını Ukrayna törədib".

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Zaporojye vilayətinin rəhbəri Yevgeni Balitski bildirib. Onun sözlərinə görə, yanğına səbəb Ukrayna silahlı qüvvələrinin “Enerqodar”ı atəşə tutması olub.

Yevgeni Balitski yazıb ki, bütün altı enerji blokunun fəaliyyəti dayandırılıb, buxar partlayışı və ya digər təhlükə yoxdur. Zaporojye vilayətinin rəhbərinin sözlərinə görə, AES ətrafında radiasiya fonu normaldır.

"Kommersant" xəbər verir ki , Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir və yanğınlar aradan qaldırılır .

Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyəti şərh edən Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna Qərbin rəhbərliyi altında qlobal enerji və ərzaq təhlükəsizliyini sarsıdıb və hazırda “qitənin nüvə terroruna” başlayıb. “Rafael Grossi və MAQATE haradadır? Bu kritik sahədə BMT-nin bu strukturunun işinin ən azı bir qədər təqlidi haradadır”, o Telegram kanalında yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər