12 Avqust 13:12
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinlə Hindistan hər sahədə olduğu kimi, sualtı gəmilərin sayına görə də bir-biriylə rəqabət aparır. Çin keçmiş illərdə silahlı qüvvələrini gücləndirərəkən, hərbi-dəniz donanmasının inkişafına o qədər də diqqət yetirmirdi, amma 2000-ci illərdən başlayaraq, bu sahəyə diqqətini artırıb. Bu sırada sualtı gəmilərin inşası diqqət mərkəzindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Çinin hazırda 50-ə yaxın sualtı gəmisi var:

“Çin tədqiqatçıları pilotsuz sualtı gəmilər üzrində də çalışmalarını davam etdirirlər. Buna baxmayaraq, Çin sualtı gəmilərin idarə olunmasında problemlərlə üzləşib. Keçən il yayılan xəbərə görə, Çinin sualtı gəmilərindən biri batıb, nəticədə içəridə olan 55 nəfər oksigen çatışmazlığı səbəbindən həlak olub. Çin bu hadisəni gizli saxlamağa çalışsa da, Britaniya kəşfiyyatı hadisə ilə bağlı məxfi məlumatı ələ keçirərək yayıb. “The Times” Britaniya kəşfiyyatının hesabatına əsaslanaraq, Şandunq əyaləti yaxınlığında Çinə məxsus sualtı gəminin batdığını yazmışdı.

Çinin bölgədəki əsas rəqibi Hindistan sualtı gəmilərin inşasında qonşusundan geri qalmaq istəmir. Hindistan 2035-ci ilə qədər 175 hərbi gəmi və sualt gəmi inşa etməyi planlaşdırır. “The Economic Times”in yazdığına görə, Hindistan 2047-ci ildə müstəqlliyinin 100 illiyi üçün hərbi gəmilərlə özünü tam təmin etməyi hədəfləyib. Hindistan Müdafiə Nazirliyinin sifarişi ilə müxtəlif tərsanələrdə onlarla hərbi gəmi inşa edilir.

Hindistanın sualtı gəmiləri Qərb ölkələrinin texnologiyaları və onlarla əməkdaşlığı sayəsində inşa edilir. Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus “Mazagon Dock Limited” şirkəti (MDL) altı sualtı gəmi gəminin təkmilləşdirilməsi üzrə çalışmalarını davam etdirir. Təkmilləşdirmə sayəsində sualtı gəmilər suyun altında daha uzun müddət qala biləcəklər. Bu sualtı gəmilər ballistik raketlərlə təchiz ediləcək. Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər sınaqların və təkmilləşdirmələrin son mərhələsindədir. Suatlı gəmilərin yaxın aylarda istismara veriləcəyi açıqlanıb.

Beləliklə, bölgədə müxtəlif dövlətlərin hərbi gəmiləriylə yanaşı, sualtı gəmilərinin sayı da artacaq. Bölgə ölkələrindən Avstraliya da hərbi-dəniz donanmasını təkmilləşdirməklə yanaşı müasir sualtı gəmilərinin inşasını sürətləndirib. Avtsraliya sualtı gəmilərin inşasında Fransa ilə əməkdaşlıqdan imtina edərək ABŞ-ni seçmişdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər