Rusiya Federasiyası Müdafiə Nazirliyi Ukrayna tərəfini Kursk vilayəti ərazisindən çıxarmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya lideri bundan sonra Ukrayna ilə sülh danışıqlarını istisna etdiyini açıqlayıb.
“Mülki insanlara, mülki infrastrukturlara fərq qoymadan hücum edən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansı danışıqlardan bəhs edə bilərik”, - Putin vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Rusiya silahlı qüvvələri xüsusi əməliyyat zonasında bütün döyüş xətti boyunca irəliləyir: “Rusiya silahlı qüvvələrinin bütün cəbhədə irəliləmə sürəti 1,5 dəfə artıb. Kiyev Rusiya cəmiyyətinin birliyini pozmağa çalışdı, amma bu, alınmadı”.