Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson gündəlik "The Daily Telegraph" qəzetində işləyə bilər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, sabiq nazirin nəşrin baş redaktoru vəzifəsinə namizədliyi nəzərdən keçirilir.
Consonun Mühafizəkarlar Partiyasının həmkarı Zahavi The Daily Telegraph və The Spectator-u almaq üçün dialoq aparır. Əgər bu alış-veriş müsbət sonlanarsa Conson qəzetin redaktoru ola bilər.
Keçmiş baş nazirin özü siyasi karyerasına başlamazdan əvvəl The Telegraph-da işləyib və hələ də vaxtaşırı onun üçün köşə yazır.