Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dünyanın ən zəngin insanları siyahısına düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat ABŞ-nin məşhur “Forbes” nəşrində yer alıb.
Məlumata görə, siyahıda Türkiyədən ümumilikdə 27 nəfər var, onlardan 23-ü kişi, 4-ü qadındır. Bayraktar dünyanın ən varlı insanları arasında 24-cü yerdədir.
Qeyd edilir ki, Selçuk Bayraktar 1,2 milyard dollarlıq sərvəti ilə Türkiyənin 2420-cu ən varlı insanıdır.