İsrail Müdafiə Qüvvələri (SAXAL) yüksək hazırlıq vəziyyətinə gətirilib.
Teleqraf.com xəbər verir ki, İsrail ordusu “Hizbullah” terror təşkilatı və İranın mümkün hücumuna hazır olduğunu açıqlayıb.
SAXAL sözçüsü Daniel Haqarinin sözlərinə görə, İranın İsrailə hücumu qaçılmazdır. O, ordunun mümkün hücumla bağlı yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.
“Son günlər düşmənlərimizi və Yaxın Şərqdəki hadisələri, xüsusilə Livan və İrandakı prosesləri izləyirik”, - Haqari qeyd edib.