Rusiya Ukrayna qoşunlarının Kursk vilayətinə hücumuna cavab olaraq qüvvələrinin bir hissəsini Ukraynadan çıxarır.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadla yazır.
Qeyd olunur ki, bu addım Ukrayna hərbçilərinin Kurskda reydinin Rusiya qüvvələrinin məcburi yenidən qruplaşmasına səbəb olduğunu göstərir.
Nəşrin həmsöhbətləri deyirlər ki, ABŞ hələ də Rusiyanın bu addımının önəmini müəyyənləşdirməyə çalışır və Ukrayna cəbhəsindən Kurska nə qədər qoşun yeritdiyini dəqiqləşdirə bilməyib. Bu açıqlama Kiyevin Kurskda sürpriz əməliyyatın Rusiya qoşunlarını Ukraynadan yayındırması barədə dediklərini təsdiqləyir.
Eyni zamanda, “Politico” xəbər verir ki, Kurskun işğalına cavab olaraq vilayətdə nisbətən az sayda Rusiya bölmələri yerləşdirilib. Amerika rəsmiləri nəşrə söyləyiblər ki, Rusiyanın Ukraynadan nə qədər qoşun çıxarması hələ də bəlli deyil.