ABŞ-ın vitse-prezidenti Kamala Harrisin prezident seçkilərində qələbəsi Ukrayna üçün yaxşı heç nə vəd etmir.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Telegraph"a ABŞ prezidenti Co Baydenin adı açıqlanmayan keçmiş köməkçisi məlumat verib.
“O, Zelenski ilə uyğun münasibət qurmaq üçün bir neçə fürsəti əldən verib və onun münaqişəyə tərəddüdlü yanaşması göstərir ki, onun prezident seçkilərində qalib gəlməsini Ukrayna yaxşı heç nə vəd etmir.
ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın köməkçisi Duq Bandou da öz növbəsində Harrisin Ukrayna münaqişəsində maraqlı olmadığını vurğulayıb. Onun sözlərinə görə, Harris ölkənin xarici siyasətində çox iştirak etməyib və onun Avropa problemlərini başa düşməsi səthi söhbətlərlə məhdudlaşıb.