Şimali Koreya lideri Kim Çen In 200 min dollar dəyərində yeni Mercedes Benz avtomobili alıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya lideri bu maşınla daşqınlardan zərər çəkmiş bölgələrə səfər edir.
Bu, ən azı Kimin ikinci premium "Mercedes"dir, çünki əvvəllər onun donanmasında "Maybach GLS 600"ün göründüyü bildirilirdi. Mənbələr siyasətçinin "Cadillac Escalade", "Rolls Royce Phantom" və zirehli "Lexus" avtomobillərinə sahib olduğunu iddia edir.