17 Avqust 10:45
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində bir sıra yaşayış məntəqələrini nəzarətə götürüblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Ukrayna ordusu son sutka ərzində Suca şəhərinin cənub-şərqinə doğru irəliləyib. Xüsusilə, ukraynalıların Mirne kəndinin şərqi və bu istiqamətdə yerləşən Spalnının cənubuna doğru irəliləyiş əldə ediblər. Ukrayna hərbçilərinin Borki kəndinə daxil olduqları da bildirilir.

Son məlumata görə, Sucanın şimalında Russki Poreçnıda, şəhərin şərqində Aqronom yaxınlığında və cənub-şərqdə Qiri-Kamışne-Krupets-Spalne xətti boyunca aktiv əməliyyatlar davam edir.

Ukraynanın kiçik mobil qrupları Kursk vilayətində təmas xətti boyunca, Koreneve yaxınlığı və Snaqost kəndinin qərbində hücumları davam etdirirlər.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, rus qüvvələri Qordivka (Korenevin cənubu) və Kauçuk istiqamətlərində Ukrayna qoşunlarının hücumunun qarşısını alıb. Bundan əlavə, ruslar Korenevin cənub-qərbindəki Otrubı kəndi yaxınlığında və sərhəddə Ukraynanın mövqelərinə hücum ediblər.

Bundan əlavə, ABŞ institutu Ukrayna ordusunun Kurskun Qluxiv rayonunda iki körpünü dağıtdığını vurğulayır. Korenevin cənub-şərqindəki Qluşkovo və Zvannıdakı obyektlər HIMARS raketləri ilə vurulub. Qluşkovodakı körpü zərbədən sonra uçub. Məlumatda deyilir ki, körpünün dağıdılması Rusiyanın ərazidəki quru rabitə xətlərinin fəaliyyətini çətinləşdirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər