18 Avqust 16:35
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taylandın "Phıa Thai" Partiyasının lideri Petonqtarn Çinavat bu gün ölkə hökumətinin başçısı kimi and içib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Associated Press" agentliyi xəbər verib.

Məlumata əsasən, P.Çinavat krala, Tayland xalqına və parlament üzvlərinə təşəkkür edərək, deyib ki, "öz vəzifələrini qərəzsiz yetirəcəyini və Taylandın ölkə xalqının xəyal qurmasına, yaratmasına və gələcəklərini yaxşılaşdırmaq üçün səy göstərməsinə imkan verən bir məkana çevrilməsini təmin etməyə çalışacaq".

Qeyd edək ki, avqustun 16-da parlamentin 319 üzvü onun namizədliyinin lehinə, 145-i əleyhinə, 27-si isə bitərəf qalıb. O, baş nazir postuna yeganə namizəd olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər