Rusiyanın “Rostek” dövlət korporasiyası S-70 “Oxotnik” ağır hücum dronlarını döyüşə hazırlayır.
Teleqraf.com xəbər verir ki, şirkət direktorunun birinci müavini Vladimir Artyakov layihənin plana uyğun getdiyini açıqlayıb.
Onun sözlərinə görə, bu silahı Rusiya Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlər daxilində tədarük etməyi planlaşdırırlar.
Artyakov qeyd edib ki, artıq bütün lazımi sınaqlar aparılıb və uğurlu alınıb.
"Bu, aviasiya robototexnikası istiqamətində yeni inkişaf və dünyada analoqu olmayan silahdır", - Rusiya rəsmisi vurğulayıb.
Ukrayna mənbələri Rusiyanın yeni silahını bu ölkə ilə müharibədə istifadə edəcəyini istisna etmirlər.